Homs və Palmira təhlükəsizdir
-
Homs və Palmira təhlükəsizdir
Homs əyalətinin valisi Homs şəhərindən Palmira(Tadmur) şəhərinə qədər olan bütün ərazilərdə təhlükəsizliyin tam təmin edildiyini bildirib.
Təlal Bərazi bazar ertəsi günü Təsnim xəbər agentliyinə verdiyi müsahibədə deyib: Palmira şəhərinin azad edilməsi Suriya üçün iqtisadi baxımdan əhəmiyyət kəsb edən ərazilərin o cümlədən neft və qaz yataqlarının yerləşdiyi məntəqələrin təhlükəsizliyinin tam təmin edilməsinə səbəb olub.
T.Bərazi İŞİD terror qruplaşmasının sıralarında parçalanmanın genişləndiyini deyərək, Suriya ordusunun bu fürsətdən istifadə edərək, digər əraziləri də azad etməsini istəyib.
Homs əyalətinin valisi işğal altında olduğu müddət ərzində Palmira şəhərində törədilən dağıntıların miqyasıbarədə isə deyib: Hələ ki, dağıntıların miqyası, dəyən zərər və ziyanların ölçüsü barədə danışmaq tezdir. Çünki, Suriya ordusunun mühəndislik bölmələri İŞİD tərəfindən quraşdırılmış minalar, partlayıcı qurğular və bombaları zərərsizləşdirməklə məşğuldur. Daha sonra isə şəhərin su, elektrik, rabitə və kanalizasiya şəbəkələrinin bərpa edilməsinə başlanacaq.
Bərazi hal hazırda Palmira şəhərində sivil əhalinin olmadığını və şəhər əhalisinin Homs şəhərinə köçdüyünü bildirib və deyib: İnşallah, tezliklə qarşıdan gələn günlər ərzində şəhər əhalisi yenidən öz yaşayış yerinə qayıdacaq.