Ərəbistanın Yəmənə təcavüzləri davam edir
-
Ərəbistanın Yəmənə təcavüzləri davam edir
Ərəbistan qırıcıları bir daha Yəməndə sivil məntəqələri bombardman ediblər.
Yəmənin əl-Məsirə telekanalının verdiyi məlumata görə, Ərəbistan qırıcıları bu gün səhər saatlarında Yəmənin paytaxtı Səna şəhərinin yaşayış məntəqələrinə ağır zərbələr endiriblər.
Təiz və Məarib vilayətlərində də yaşayış məntəqələri 2 mərhələdə raket zərbələrinə məruz qalıb. Bu hücumlar nəticəsində bir qrup mülki ölüb və yaralanıb.
Ərəbistan ABŞ-ın dəstəyi ilə artıq bir ildir ki, Yəmənə qarşı hərtərəfli hücumlar həyata keçirir. Ərəbistan Yəmənin istefada olan prezidenti Əbd Rəbbə Mənsur Hadini yenidən hakimiyyətə qaytarmaq bəhanəsi ilə Yəmənə qarşı bir sıra ərəb ölkəsi ilə əlbir olaraq, havadan, qurudan və dənizdən geniş hücumlar edərək, sivil əhalini əsasən də qadın və uşaqları qırğın edir, ölkənin bütün infrastrukturlarını dağıdır.