Yəmən ordusu Ərəbistan əraizisindən yeni məntəqələrə yiyələnib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i213214-yəmən_ordusu_Ərəbistan_əraizisindən_yeni_məntəqələrə_yiyələnib
Yəmən ordusu Ərəbistan ərazisindən yeni məntəqələrin nəzarətini ələ keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 01, 2016 05:57 Asia/Baku
  • Yəmən ordusu Ərəbistan əraizisindən yeni məntəqələrə yiyələnib
    Yəmən ordusu Ərəbistan əraizisindən yeni məntəqələrə yiyələnib

Yəmən ordusu Ərəbistan ərazisindən yeni məntəqələrin nəzarətini ələ keçirib.

Livanın Əlminar telekanalının məlumatına görə, Yəmənin ordusu və xalq qüvvələri ilə səudiyyə hərbçiləri arasında Ərəbistan sərhədində gedən şiddətli döyüşlərdən sonra yəmənli qüvvələr Ərəbistan ərazisindəki Əlrəbuə şəhərinin ətrafını öz nəzarətləri altına ala biliblər.

Yəmənin mərkəzindəki Zəmar vilayətində yerləşən Əlrədəf məntəqəsinin cənubuna çıxan bir neçə təpə Ərəbistan muzdurlarının işğalından çıxarılıb.

Səudiyyə hərbçilərinin Yəmənin şimal-qərbində yerləşən Midi məntəqəsindəki irəliləyişləri Yəmənin ordusu və xalq qüvvələrinin səyi ilə zərərsizləşdirilibdir.

Yəmənli qüvvələr həmçinin bu ölkənin mərkəzindəki Marəb vilayətində on iki səudiyyə muzdurunu öldürüblər.

Yəmənin cənubunda yerləşən Təiz vilayətində də bu ölkə ordusunun səudiyyəlilərin toplusuna qarşı raket hücumu nəticəsində yeddi nəfər öldürülüb.

Belə bir halda, Ərəbistan qırıcıları cümə günü səhər tezdən Təiz vilayətindəki Ələxlud məntəqəsinə hücum edərək, on bir yəmənlini öldürüb, onlarla nəfəri də yaralayıblar.

Yəmənin paytaxtı Səna şəhəri, Marəb, Ləhəc və Əlcuf məntəqələri də səudiyyəlilərin hücumlarına məruz qalıblar.

Xəbərlər Yəməndəki bir çox dövlət mərkəzlərinə və binalara böyük xəsarətlərin dəyməsindən söz açır. Hələ bu hücumların qurbanlarının sayı haqda məlumat yayılmayıb.

Bir ildən çoxdur ki, Ərəbistanın başçılığı altında olan koalisiyanın Yəmənə qarşı hücumları davam edir. Bu hücumlar nəticəsində indiyədək minlərlə yəmənli, o cümlədən qadın və uşaqlar yaralanıb, on minlərlə nəfər də didərgin düşübdür.

Yəmənin müalicə, xidmət və infrastruktur təsisatlarının səksən faizi dağıdılıbdır.