Apr 01, 2016 13:25 Asia/Baku
  • Avropa İnsan Haqları Təşkilatı ərəbistanlı gəncin qətlinə etiraz edib
    Avropa İnsan Haqları Təşkilatı ərəbistanlı gəncin qətlinə etiraz edib

Avropa İnsan Haqları Təşkilatı ərəbistanlı gənc- Məkki Ələrizin işgəncə nəticəsində qətlə yetirilməsini pisləyib.

Livanın Əlminar telekanalının məlumatına görə, Avropa İnsan Haqları Təşkilatı bildirib ki, son illərdə Ali-Səud rejimi ilə müxalif olan vətəndaşlara qarşı zülm və sitəm genişlənib və bu təşkilat iyirmi yaşlı ərəbistanlı gənc- Məkki Ələrizin işgəncə nəticəsində qətlə yetirilməsini pisləyərək, onun amillərinin mühakimə olunmalarını istəyir.

Ali-Səud rejiminin xəfiyyə qüvvələri son zamanlar Məkki Ələrizi bir yoxlama-buraxılış məntəqəsində həbs edib və ailəsinin məlumatı olmadan öz mərkəzlərindən birində işgəncələrə məruz qoyublar.

Ərəbistan başçıları həmçinin Ələrizi öldürdükdən sonra onun ailəsindən istəyiblər ki, övladlarının ölümünü təbii ölüm kimi təsdiq etsinlər.

Səudiyyə xəfiyyə orqanı öncə çalışırdı ki, Ələrizin həbsini inkar etsin, amma iki gün ötəndən sonra onu oğurladığını etiraf və iddia etdi ki, Ələriz ruhi təzyiqlər nəticəsində vəfat edib.

Avropa İnsan Haqları Təşkilatı vurğulayıb ki, işgəncə səudiyyə məhbəslərində adi hərəkətlərdən birinə çevrilibdir.

Teqlər