Yəməndə Mənsur Hadi muzdurlarının mövqerlərinə qarşı raket hücumu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i213235-yəməndə_mənsur_hadi_muzdurlarının_mövqerlərinə_qarşı_raket_hücumu
Yəmənin ordu qüvvələri bu ölkənin istefa vermiş fərari prezidenti Mənsur Hadi muzdurlarının mövqerlərinə qarşı raket hücumu ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 01, 2016 09:05 Asia/Baku
  • Yəməndə Mənsur Hadi muzdurlarının mövqerlərinə qarşı raket hücumu
    Yəməndə Mənsur Hadi muzdurlarının mövqerlərinə qarşı raket hücumu

Yəmənin ordu qüvvələri bu ölkənin istefa vermiş fərari prezidenti Mənsur Hadi muzdurlarının mövqerlərinə qarşı raket hücumu ediblər.

Əlməyadin telekanalının məlumatına görə, cümə günü Yəmənin ordu qüvvələrinin bu ölkənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Mənsur Hadi muzdurlarının Yəmənin mərkəzindəki Marəb vilayətində yerləşən mövqerlərinə qarşı raket hücumunda on bir nəfər öldürülüb.

Yəmən ordusu habelə bu ölkənin şimal-qərbində yerləşən Həccə vilayətində Mənsur Hadi qüvvələrinin Midi limanına qarşı hücumunu nakam qoyubdur. Mənsur Hadi muzdurları ilə Yəmənin xalq qüvvələri arasındakı döyüşlərdə fərari prezidentin qüvvələrindən onlarla nəfər öldürülüb.

Ərəbistan 2015-ci iln martından Yəmənə basqın edərək, bu ölkənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarmağa can atır.