Səudiyyə qırıcıları Yəmənin yaşayış massivlərini bombaladı
Apr 03, 2016 05:52 Asia/Baku
-
Səudiyyə qırıcıları Yəmənin yaşayış massivlərini bombaladı
Yəmənin yaşayış massivləri Səudiyyə Ərəbistanının qırcı-bombardmançı təyyarələrinin hücumuna məruz qalıb.
Əl-Məsirə telekanalının məlumatına görə, səudiyyə qırıcılarının Təiz vilayətinin cənubunda əl-Vaziyyə şəhərciyinə hücumunda sivillərə çoxlu xəsarət dəyib.
Başqa bir məlumata görə, Səudiyyə Ərəbistanı qırıcı təyyarələri Marib vilayətində Sərvah yaşayış bölgələrini bir neçə dəfə atəşə tutublar. Bu hücumun ehtimal olunan tələfatı barədə məlumat verilməyib.
Bu arada Yəmən Jurnalistlər Birliyi Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiyanın Yəmənə hücumları dövründə ən azı 25 jurnalistin həlak olduğunu bildirib.
Teqlər