Yəməndə onlarla ərəbistanlı muzdlu öldürüldü
Apr 03, 2016 08:57 Asia/Baku
-
Yəməndə onlarla ərəbistanlı muzdlu öldürüldü
Yəmən ordusunun əl-Couf vilayətində səudiyyəli muzdlulara hücumunda onlarla muzlu öldürülüb.
Əl-Məsirə telekanalının məlumatına görə, Yəmən ordusu və xalq qüvvələri əl-Couf vilayətinin Gəmi Qərqi bazasında səudiyyəli muzdluların toplaşdığı məkana bir neçə raket atıblar. Nəticədə azı iyirmi beş muzdlu öldürülüb. Bu hücumda onlarla nəfər də yaralanıb.
"Gəmi Qərqi" hərbi bazası səudiyyəli muzdluların önəmli bazalarından biridir.
Həmçinin Yəmən qüvvələri əl-Beyza vilayətində səudiyyəli muzdlulara hücum edərək bir neçə muzdlunu öldürüblər.
Teqlər