Yəmən insan faciəsi ilə qarşı-qarşıya
-
Yəmən insan faciəsi ilə qarşı-qarşıya
Yəmən vətəndaşlarının 80% humanitar yardımlara ehtiyaclıdır.
Əl-Aləm telekanalının məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının Yəmən məsələləri üzrə nümayəndəsi Əhməd Şədul bildirib: 19 milyon nəfər, yəni Yəmən əhalisinin 80% beynəlxalq humanitar yardımlara ehtiyaclıdır və bu ölkə əhalisinin 14 milyon nəfəri səhiyyə və müalicə xidmətlərindən məhrumdur.
Əhməd Şədul əlavə edib: Yəməndə tibb və səhiyyə obyektlərinin 28% fəaliyyət göstərmir və bu obyektlərdən 14%-i də 50%-dən aşağı fəaliyyət imkanına malikdir. Bu dəhşətli rəqəmdir.
Əxbarus-Saət ərəb xəbər portalı isə bir ildən çox Ərəbistanın Yəmənə təcavüzü nəticəsində Cibutiyə sığınan minlərlə yəmənlinin ağır vəziyyətini açıqlayıb.
Bu məlumata görə, minlərlə yəmənli Cibutidə ağır şəraitdə, çoxlu xəstəliklərlə qarşı-qarşıyadır və heç bir səhiyyə xidmətləri olmadan su və ərzaq çatışmazlığından əziyyət çəkir.
Ötən bir ildə Ərəbistanın Yəmənə təcavüzü nəticəsində 173 min yəmənli bu ölkəni tərk edib. Onların 33 mindən çoxu Cibutiyə sığınıb və hazırda heç bir imkanları olmayan düşərgələrdə yerləşiblər və Cibuti polisinin güclü tədbirləri ilə acınacaqlı şəraitdədirlər.
Məlumata görə, hər həftədə Ərəbistan qırıcılarının hücumları nəticəsində 500-800 yəmənli Cibutiyə qaçır. Onlar ağır şəraiti, heç bir imkanları və ərzaq və suyu olmayan düşərgələrdə qalmağa məcbur olublar.