Apr 07, 2016 09:17 Asia/Baku
  • Suriyadakı terror qrupları atəşkəsi 360 dəfə pozublar
    Suriyadakı terror qrupları atəşkəsi 360 dəfə pozublar

Suriyadakı terror qrupları ötən sutka ərzində dörd dəfə və atəşkəs zamanından bəri bütövlükdə 360 dəfə atəşkəsi pozublar.

Suriyanın rəsmi SANA xəbər agentliyinin məlumatına görə, Rusiyanın Suriyanın Həmimim bazasındakı koordinasiya mərkəzi çərşənbə günü gecə bildirib ki, terror qrupları ötən sutka ərzində atəşkəsi dörd dəfə pozublar.

Bu bəyanata əsasən, terror qrupları üç dəfə Laziqiyyə ətrafında, bir dəfə də Humsda atəşkəsi pozublar.

Əhrarulşam terror qrupu məcmuəsi altında altında qruplar Laziqiyyə ətrafında Suriya ordusunun bazaları və mərkəzlərinə mərmi hücumu edərək, bir nəfəri öldürüb, on bir nəfəri də yaralayıblar. Cəyşulislam terrorçuları da Hums ətrafında Suriya ordusunun bazalarına mərmi hücumu ediblər.

Suriyada atəşkəs 27 fevraldan və Amerika ilə Rusiyanın razılaşmasına əsasən, bərqərar edilib.

BMT tərəfindən terror qrupları kimi təqdim olunmuş İŞİD, Cibhətunnusrə və digər terror qrupları bu atəşkəsə şamil olmurlar və onlarla mübarizə davam edir.

Teqlər