Ərəbistanın Yəmənin müxtəlif məntəqələrinə qarşı hücumları davam edir
-
Ərəbistanın Yəmənin müxtəlif məntəqələrinə qarşı hücumları davam edir
Ərəbistanın başçılığı altda olan təcavüzkarlar koalisiyasının qırıcıları Yəmənin müxtəlif məntəqələrini öz hücumlarına məruz qoymaqda davam edirlər.
Yəmənin Əlməsirə telekanalının məlumatına görə, təcavüzkar səudiyyə qırıcıları Yəmənin mərkəzindəki Marəb vilayətində yerləşən Əlməşcə məntəqəsini bombalayıblar.
Ərəbistanın başçılığı altda olan təcavüzkarlar koalisiyasının qırıcıları Yəmənin paytaxtı Sənanın cənubundakı Sənxan şəhərinə də hücum ediblər.
Yəmənin cənubunda, Təiz vilayətindəki iki zavod da təcavüzkar səudiyyə qırıcılarının hücumları hədəfinə çevrilib.
Həmçinin təcavüzkar qırıcılar Yəmənin şimalındakı İmran və qərbindəki Həccə vilayəti arasında yerləşən Ələbisə məntəqəsində bir keçidi hədəfə alıblar.
Digər tərəfdən, Yəmənin ordusu və xalq qüvvələri təcavüzkar muzdurların bu ölkənin cənubundakı Şəbuh vilayətində yerləşən Əsilan şəhərinə doğru irəliləyişi ilə mübarizə ediblər.
Həmçinin yəmənli qüvvələr bu ölkənin mərkəzindəki Marəb vilayətində səudiyyə muzdurlarının toplanma mərkəzini raket hədəfinə alıblar.
Yəmənin cənubundakı Ləhəc vilayətinin Kərş məntəqəsində ttəcavüzkarlar və onların muzdurlarının toplaşdıqları məkan yəmənli qüvvələrin hücum hədəfinə çevrilib.
Ərəbistan Amerikanın müşayiəti və regiondakı bəzi ərəb ölkələrinin koalisiyası ilə 2015-ci il martın 26-dan Yəmənə qarşı geniş hücumlara başlayıbdır ki, bu ölkənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarmış olsun. Bu hücumlar nəticəsində indiyədək minlərlə yəmənli, o sıradan qadın və uşaq həlak olub, on minlərlə nəfər didərgin düşüb və bu ölkənin müalicə, xidmət və infrastruktur təsisatlarının səksən faizi dağılıbdır.