Ərəbistan Yəmən savaşına beş milyard dollardan çox xərc çəkib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i214093-Ərəbistan_yəmən_savaşına_beş_milyard_dollardan_çox_xərc_çəkib
İnformasiya mənbələri Ərəbistanın Yəmən müharibəsindəki hərbi xərclərinin artmasından xəbər verirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 07, 2016 13:10 Asia/Baku
  • Ərəbistan Yəmən savaşına beş milyard dollardan çox xərc çəkib
    Ərəbistan Yəmən savaşına beş milyard dollardan çox xərc çəkib

İnformasiya mənbələri Ərəbistanın Yəmən müharibəsindəki hərbi xərclərinin artmasından xəbər verirlər.

"Əlhəyad net" xəbər portalı Amerikanın CNN telekanalının məlumatına istinadlı reportajında bildirib ki, Yəmən müharibəsi indiyədək Ərəbistan üçün beş milyard üç yüz milyon dollar xərc gətirib.

Bu məlumata görə, Ərəbistanın 2015-ci ildəki hərbi xərcləri təqribən səksən iki milyard iki yüz milyon dollar olubdur ki, bu, dünyanın hərbi xərclərinin beş tam onda iki faizini təşkil edir.

Ərəbistan bu məbləğlə altmış altı milyard dörd yüz milyon dollarlıq xərcə malik olan Rusiyanı arxada qoyubdur.

Son zamanlar Stokholm Sülh Araşdırmaları Beynəlxalq Müəssisəsi Ərəbhistan ordusunu dünyada iri xərcə malik olan üçüncü ordu elan edib.

Minlərlə ölü və yaralı törətmiş yorucu Yəmən müharibəsindən bir il keçəndən sonra Ərəbistan bu müharibəni bir təhər başa vurmaq niyyətindədir. Belə bir halda, Ərəbistanın Yəmənə qarşı hərbi hücumlardakı hədəflərindən heç biri həyata keçməyibdir.