Yəmən hərbçilərindən bir qrupu edam olunub
-
Yəmən hərbçilərindən bir qrupu edam olunub
Ərəbistan muzdurları Yəmənin cənubunda bu ölkə ordusu hərbçilərindən bir qrupunu edam ediblər.
Russia Əlyəum telekanalının məlumatına görə, Ərəbistan muzdurları Yəmənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Mənsur Hadinin tabeliyində olan silahlı şəxslərin köməyilə bu ölkənin Əbin vilayətində iyirmi yəmənli hərbçini həbs və edam ediblər.
Öldürülən şəxslər bir neçə gün bundan öncə yaraqlı şəxslər tərəfindən əsir alınmışdılar. Bəzi yəmənli mənbələr deyilrlər ki, Əlqaidə terrorçuları Yəmən ordusu hərbçirlərini edam ediblər.
Digər tərəfdən, Ərəbistan muzdurlarının Yəmənin mərkəzindəki Marəb vilayətinin Sərvah şəhərinə qarşı hücumunun uğursuz qalmasının ardınca qırx Ali-Səud muzduru öldürülüb.
Yəmənin ordusu və xalq qüvvələri bu muzdurları Hilan yüksəkliklərində öldürüblər.