İstanbulda 11 avtomobil yandırılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i214552-İstanbulda_11_avtomobil_yandırılıb
Türkiyə mediaları İstanbulda 11 avtomobilin yandırılmasından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 10, 2016 13:58 Asia/Baku
  • İstanbulda 11 avtomobil yandırılıb
    İstanbulda 11 avtomobil yandırılıb

Türkiyə mediaları İstanbulda 11 avtomobilin yandırılmasından xəbər veriblər.

Anadolu xəbər agentliyinin məlumatına görə, on bir avtomobil bazar günü səhər tezdən naməlum şəxslər tərəfindən İstanbulda yandırılıb.

İndiyədək heç bir qrup və ya şəxs bu hücumların məsuliyyətini üzərinə götürməyib, lakin bəzi medialar iddia edirlər ki, PKK üzvləri bu işi görüblər.

Ötən cümə axşamı günü də İstanbulda 23 avtomobil yandırılmışdı.

Keçən illərdə də Türkiyə hərbçiləri ilə PKK üzvləri arasında silahlı toqquşmaların şiddətləndiyi bölmələrdə yüzlərlə avtomobil şübhəli şəkildə yandırılmışdı.

Türkiyənin şərq və cənub-şərqindəki kürd sakinli məntəqələr doqquz aydan çoxdur ki, qanlı döyüşlərin şahididirlər.