Ərəbistan tərəfindən Yəməndə atəşkəsin pozulması davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i214888-Ərəbistan_tərəfindən_yəməndə_atəşkəsin_pozulması_davam_edir
Ali-Səud rejimi Yəməndə atəşkəsi pozaraq, bu ölkənin müxtəlif məntəqələrini hədəfə almaqda davam edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 13, 2016 05:50 Asia/Baku
  • Ərəbistan tərəfindən Yəməndə atəşkəsin pozulması davam edir
    Ərəbistan tərəfindən Yəməndə atəşkəsin pozulması davam edir

Ali-Səud rejimi Yəməndə atəşkəsi pozaraq, bu ölkənin müxtəlif məntəqələrini hədəfə almaqda davam edir.

Yəmənin rəsmi xəbər agentliyi-SƏBA-nın məlumatına görə, Ərəbistan qırıcıları çərşənbə axşamı gün Yəmənin cənubundakı Təiz şəhərini bombalayıblar ki, nəticədə üç qadın daxil olmaqla dörd mülki həlak olub. Həmçinin Ərəbistan qırıcıları iki dəfə Təiz beynəlxalq hava limanını hədəfə alıblar.

Ərəbistanlı muzdurlar habelə Yəmənin mərkəzindəki Marəb vilayətinin Məşcəh və Hilan məntəqələrini və bu ölkənin şimalındakı Əlcuf vilayətində yerləşən Mətun rayonunu hədəfə alıblar.

Yəməndə yeni atəşkəs aprelin 18-də Küveytdə keçirilməli olan müzakirələrə hazırlıq məqsədilə bazar günü gecə saat on ikidən icraya qoyulubdur.

Yəməndə sülh danışıqlarının yeni dövrü elə bir halda Küveytdə keçiriləcək ki, Ərəbistan və onun müttəfiqləri yeni atəşkəsi pozmaqla özlərinin Yəmənə qarşı hərtərəfli mühasirələrini və mülkiləri bombalamağı davam etdirirlər.

Səudiyyə hərbçilərinin Yəmənə qarşı birillik təcavüzü indiyədək minlərlə nəfərin həlak olması və yaralanması ilə nəticələnib.