Apr 13, 2016 11:12 Asia/Baku
  • Qüds intifazəsinin başlanmasından bəri beş min fələstinli həbs olunub

Fələstin Azadlıq Təşkilatının tabeliyində olan Fələstinli Əsirlər və Azadələrin Məsələləri üzrə Komitə bildirib ki, sionistlər Qüds intifazəsinin başlanmasından bəri beş min fələstinlini həbs ediblər.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Fələstin Azadlıq Təşkilatının tabeliyində olan Fələstinli Əsirlər və Azadələrin Məsələləri üzrə Komitə bir hesabat yayıb. Bu komitə həmin hesabatda Qüds intifazəsinin başlanmasından bəri Fələstinin müxtəlif məntəqələrində minlərlə fələstinlinin həbs olunmasına toxunaraq bildirib ki, həbs olunlar arasında 1900 uşaq, 140 qadın və qız, eləcə də səksən beşdən yuxarı yaralı nəzərə çarpır.

Hazırda yeddi mindən çox fələstinli sionist rejimin qorxunc məhbəslərində pis bir şəraitdə saxlanılır.

Bu məlumata görə, fələstinli əsirlərdən qırx nəfər öz ömrünün iyirmi ilindən çoxunu sionist rejim məhbəslərində keçiribdir ki, onların arasında ən qədim məhbuslar Kərim Yunis və Mahir Yunisdirlər.

Teqlər