Bağdadın cənubunda terror partlayışı
-
Bağdadın cənubunda terror partlayışı
Bağdadın cənubunda terror partlayışı nəticəsində bir qrup mülki ölüb və yaralanıb.
Ələhd xəbər portalının məlumatına görə, çərşənbə günü Bağdadın cənubundakı Durə və Əmin məntəqələrində baş verən iki terror partlayışı nəticəsində üç nəfər ölüb, on nəfər də yaralanıbdır.
İraq ordusunun İŞİD-ə qarşı uğurlarından sonra Bağdad ötən aylarda terror hücumlarının artmasının şahidi olubdur. Bununla belə, İraqın ordusu və xalq qüvvələri "Bağdad" adlı əməliyyatda bu şəhər ətrafındakı məntəqələri terrorçulardan təmizləməkdədirlər.
Digər tərəfdən, İraq Ali İslami Məclisinin sədri Seyid Əmmar Həkim İraq Kürdüstanına səfərdə bu məntəqənin Vətənpərvərlər Birliyinin Mərkəzi Şurasının üzvü Kusrət Rəsul ilə görüşdə deyib ki, kürdlər İraq xalqının mühüm hissəsi və dövlətin əsas şərikidirlər.
Həkim İraqdakı yeni siyasi dəyişikliklər barədə deyib: Ölkədə şəxslərdən etimad səsinin əllərindən hər cür alınması İraqın gələcəyi üçün yaxşı bir üfüq cıza bilməz.
Həkim İraq Kürdüstanına səfərində məqsədi, İraqdakı cari siyasi böhranın həlli üzrə baxışları vahid hala salmaq adlandırıb.
İraq bir müddətdir ki, nazirlər kabinetinin dəyişdirilməsi və geniş islahatların aparılması problemi ilə üz-üzədir.