Apr 15, 2016 10:40 Asia/Baku
  • Bəhreyn xalqı və ruhaniləri həbsdə olan qadınlara hörmətsizliyi qınadılar
    Bəhreyn xalqı və ruhaniləri həbsdə olan qadınlara hörmətsizliyi qınadılar

Bəhreyn xalqı və ruhaniləri Ali-Xəlifə zindanlarında saxlanılan qadın məhbuslara hörmətsizliyin edilməsi ilə bağlı çirkin hərəkətləri qınayıblar.

Əl-Əhd informasiya portalının verdiyi məlumata görə, həbsdə olan bəhreynli qadınlardan birinin qadın məhbusların zindanda işgəncələrə məruz qalması və onlara qarşı cinayətlərin törədilməsi barədə danışdıqdan sonra, Bəhreyn alimləri bir bəyanat yayaraq, həbsdə olan qadınlara qarşı yol verilmiş cinayətlərə aydınlıq gətirilməsi üçün şəffaf araşdırmaların aparılmasını istəyiblər.

Bəhreyn alimləri bu bəyanatda beynəlxalq insan haqları təşkilatlarından istəyiblər ki, Bəhreyn zindanlarındakı vəziyyətlə bağlı araşdırmalar aparsınlar.

Bəhreynin əl-Vifaq hərəkatı da bir bəyanat yayaraq, siyasi məhbuslara işgəncə verənlərin kimliyinin müəyyən edilməsini istəyib.

Ali-Xəlifə rejiminin insan haqları ilə bağlı iddialarının yalan olması Bəhreyn xalqını qəzəbləndirib.

Teqlər