İƏT-in İstanbul sammiti başa çatdı
İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) sammiti bir bəyanat yayaraq, öz işini başa vurdu.
İRNA-nın verdiyi məlumata görə, İƏT-in İstanbul sammitinə sədrlik edən Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan sammitin bağlanış mərasimində çıxış edib.
"Bu sammit üzv ölkələr arasında həmrəylik və əməkdaşlığa dəstək şüarı ilə keçirildi. İƏT Fələstinin kənarındadır. Siyasi və iqtisadi baxımdan fələstinliləri himayə edir." - deyə Ərdoğan bildirib.
İƏT-in yekun bəyanatının müddəalarına işarə etməyən Ədoğan daha sonra deyib: İclasda çıxarılan qərarlar müsəlmanların rifahı, inkişafı, təhlükəsizliyi və sülhü barədə ümidverici idi.
İran İslam Respublikası prezidenti Həsən Ruhani də İƏT-in İstanbul sammitində iştirak və çıxış etmişd.
İstanbul iclası ilə bir vaxtda İƏT-in sədrliyi Misirdən Türkiyəyə təhvil verildi.
İran prezidenti 2 günlük İstanbul sammitinin kənarında bir sıra ölkə başçısı ilə görüşüb, danışıqlar aparıb. H.Ruhani həmçinin Türkiyədə yaşayan iranlılar, iranlı ziyalılar və iş adamları ilə də görüşüb.