Ərəbistan Yəməndə qadağan olunmuş bombalardan istifadə edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i215440-Ərəbistan_yəməndə_qadağan_olunmuş_bombalardan_istifadə_edir
Səudiyyə Ərəbistanı qırıcıları Yəmənin şimalında Sədə vilayətini bir daha qadağan olunmuş bombalarla hədəfə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 17, 2016 14:54 Asia/Baku
  • Ərəbistan Yəməndə qadağan olunmuş bombalardan istifadə edir
    Ərəbistan Yəməndə qadağan olunmuş bombalardan istifadə edir

Səudiyyə Ərəbistanı qırıcıları Yəmənin şimalında Sədə vilayətini bir daha qadağan olunmuş bombalarla hədəfə alıblar.

Əl-Məsirə xəbər telekanalının məlumatına görə, Ərəbistan qırıcı təyyarələri Küveytdə Yəmən Sülh Danışıqları ərəfəsində və atəşkəsi bir daha pozaraq Sədə vilayətinin Minbə rayonunda səs bombalarından istifadə ediblər.

Səs bombaları güclü səs şüaları yaradaraq insanda qorxu və orqanizmin daxili xəsarət almasına səbəb olur.

Belə bombalar bir neçə metrlik əhatədə insanlara ağır xəsarətlər vura və müvəqqəti və ya daimi karlığa səbəb ola bilər.

Bundan öncə də Ərəbistan qırıcıları Yəmənin Sədə vilayətinin müxtəlif rayonlarında kasset bombalardan istifadə etmiş və nəticədə onlarla sivil həlak olmuş və yaralanmışdır.

Bazar günü Ərəbistan muzdlularının ağır arsenalı atəşkəsi pozaraq Couf vilayətinin Meton rayonun müxtəlif bölgələrini atəşə tutub.

Yəmənin cənubunda Ədəndə də bomba quraşdırılmış avtomobilin partladılması 4 yəmənli hərbçinin ölümü ilə nəticələnib.