Apr 19, 2016 13:59 Asia/Baku
  • Məsciuləqsada kameranın yerləşdirilməsi layihəsi ləğv edilib
    Məsciuləqsada kameranın yerləşdirilməsi layihəsi ləğv edilib

İordaniya dövləti Məsciuləqsanın içərisində nəzarət kameralarının yerləşdirilməsi layihəsinin dayandırılmasından xəbər verib.

İordaniyanın rəsmi xəbər agentliyi- Petra-nın məlumatına görə, fələstinlilərin Məsciuləqsada nəzarət kameralarının yerləşdirilməsinə kəskin reaksiyasının ardınca İordaniyanın baş naziri Abdullah Nəsur bildirib ki, dövlət bu addımdan vaz keçibdir.

Nəsur iddia edibdir ki, İordaniyanın bu kameraların yerləşdirilməsindəki əsas hədəfi, sionist qəsbkarların Məsciduləqsa-ya qarşı cinayətləri və təcavüzlərinin sənədləşdirilməsinin qarşısını almaq idi.

Belə bir halda, fələstinli qruplar dəfələrlə bu plan ilə müxalifət ediblər.

Beynəlxalq Qüds müəssisəsi son zamanlar İordaniya ilə sionist rejimin Məsciduləqsa-da kameranın yerləşdirilməsi haqdakı razılaşmasının nəticələri barədə xəbərdarlıq etmişdi.

İordaniyanın Vəqflər Nazirliyi bildirib: Məsciuləqsanın içərisində 55 nəzarət kamerası quraşdırılacaq ki, bu məsələ fələstinlilərin geniş müxalifətinə səbəb olubdur.

Fələstinlilər deyirlər ki, sionist düşmən bu kameralardan öz xeyrinə istifadə edir.

Teqlər