Apr 20, 2016 17:26 Asia/Baku
  • Kabil partlayışı qurbanlarının sayı artır
    Kabil partlayışı qurbanlarının sayı artır

Əfqanıstan rəsmiləri çərşənbə axşamı Kabildə baş vermiş partlayışda ölənlərin sayının 2 dəfə artmasından xəbər veriblər.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Sədiq Sədiqi çərşənbə günü deyib: Dünən Kabildə törədilən terror aktında ölənlərin sayı 64-ə yüksəlib. Yaralı sayı isə 347 nəfər elan edilib.

Onun dediyinə görə, ölən və yaralananlar əsasən mülki vətəndaşlar olublar.

Bu, Taliban qruplaşmasının ötən bir neçə ildə Kabildə törətdiyi ən qanlı terror aktıdır.

Taliban qruplaşması ötən çərşənbə axşamı Əfqanıstanda "Bahar Hücumları"na start verdiyini elan edərək, Qərb tərəfindən himayə edilən hökumətin hakimiyyətdən getmədiyi zamana qədər bu hücumların davam edəcəyini bildirib.

Talibanın "Bahar Hücumları" ABŞ dövlət katibi Con Kerrinin Kabilə olan səfərindən cəmi bir neçə gün sonra başlanıb. Con Kerri Kabilə səfəri zamanı Vaşinqtonun Əfqanıstan hökumətini himayə etdiyini vurğulamışdı.

Teqlər