Ərəbistan qırıcıları Yəmənin cənubuna hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i215914-Ərəbistan_qırıcıları_yəmənin_cənubuna_hücum_ediblər
Küveytdə Yəmənin siyasi qrupları arasında bu ölkə böhranının həlli üzrə müzakirələrin başlanması ilə bir vaxtda Ərəbistan qırıcıları Yəmənin cənubunu bombalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 22, 2016 06:02 Asia/Baku
  • Ərəbistan qırıcıları Yəmənin cənubuna hücum ediblər
    Ərəbistan qırıcıları Yəmənin cənubuna hücum ediblər

Küveytdə Yəmənin siyasi qrupları arasında bu ölkə böhranının həlli üzrə müzakirələrin başlanması ilə bir vaxtda Ərəbistan qırıcıları Yəmənin cənubunu bombalayıblar.

Təsnim xəbər agentliyinin məlumatına görə, Yəmənin siyasi qruplarının Ərriyad-ın tabeliyində olan yəmənli heyətlə bu ölkə böhranının həlli üzrə müzakirələrinin başlandığı bir halda, Ərəbistan qırıcıları dünən gecə Yəmənin cənubundakı Zəncbar şəhərini bombalayıblar.

Bu hava hücumunun ehtimal olunan tələfatı haqda məlumat daxil olmayıb.

Ərəbistan ordusunun qüvvələri və muzdurları da müxtəlif silah və artilleriyadan istifadə edərək, Yəmənin müxtəlif məntəqələrində ordunun və xalq komitələriin mövqelərini atəşə tutublar.

Ənsarullah xalq hərəkatı, Yəmən Milli Konqres Partiyası və Ərriyad-ın tabeliyində olan yəmənli heyətin bu ölkə böhranının həlli üzrə müzakirələri dünən axşam Küveytdə başlanıb.

Ərəbistan regiondakı bəzi ərəb ölkələrinin koalisiyası və Amerikanın müşayiəti ilə 2015-ci il martın 26-dan Yəmənə qarşı geniş hücuma keçib ki, bu ölkənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarsın.

Bu hücumlar nəticəsində indiyədək minlərlə yəmənli, o sıradan qadın uşaq həlak olub, on minlərlə nəfər didərgin düşüb və bu ölkənin xidmət, müalicə və infrastruktur təsisatlarının səksən faizi dağılıbdır.