Obamanın İraq, Suriya və İran qarşısındakı mövqeləri
Amerika prezidenti deyib ki, İraq xalqı bu ölkənin dövlətini hansı kəsin idarə etməsi haqda qərar çıxarmalıdır.
Amerika prezidenti Barak Obama cümə axşamı günü Ərriyadda Fars Körfəzi ətrafındakı altı ərəb ölkəsinin başçıları ilə birgə iclasda İraqdakı siyasi böhran haqda deyib: Amerika İraqdakı müxtəlif siyasi cinahlarla təmasdadır və onları bu ölkənin nazirlər kabinetinin tərkibini yekunlaşdırmağa təşviq edir.
Amerika prezidenti əlavə edib: İraq dövləti terrorizmlə mübarizə daxil olmaqla bir çox problemlərlə üzləşir; bu üzdən, hazırkı zaman İraqda siyasi çıxılmazlığın meydana gəlməsi üçün münasib zaman deyil.
Assoşieyted-Press-in məlumatına görə, Obama həmçinin Suriya məsələsinə toxunub. O, deyib: Amerikanın və Fars Körfəzi ətrafındakı ərəb ölkələri başçılarının qənaətincə, hər bir həll yolu, Bəşşar Əsədin iştirakı olmadan və yeni əsas qanunla keçid dövlətinin təşkili ilə nəticələnməlidir.
Amerika prezidenti ərəb ölkələri başçılarının dollarlarını əldə etmək hədəfi ilə Ərriyad iclasında onların razılığı üçün İran İslam Respublikasının xarici siyasəti barədə də deyib ki, Amerika İranın rəftarlarını nəzarətdə saxlayır.
Amerika prezidenti Barak Obama iddia edib ki, nüvə razılaşmasına rəğmən, Amerikanın və onun regiondakı müttəfiqlərinin İranın rəftarları barədə ciddi nigaranlıqları davam etməkdədir.