Ərəbistan Yəməndə atəşkəsi pozur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i216112-Ərəbistan_yəməndə_atəşkəsi_pozur
Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiya Yəməndə ardıcıl on dördüncü gün olaraq atəşkəsi pozub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 24, 2016 07:07 Asia/Baku
  • Ərəbistan Yəməndə atəşkəsi pozur
    Ərəbistan Yəməndə atəşkəsi pozur

Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiya Yəməndə ardıcıl on dördüncü gün olaraq atəşkəsi pozub.

Yəmənin əl-Məsirə xəbər portalının məlumatına görə, Ərəbistan qırıcıları bazar günü Həccə vilayətinin Hirz şəhərini 3 dəfə bombalayıblar.

Ərəbistanlı muzdlular Hirz şəhərinin ətrafı və Şibvə vilayətinin Əsilan məntəqəsini raket və ağır artilleriya ilə atəşə tutaraq atəşkəsi bir daha pozublar.

Ərəbistanın atəşkəsi davamlı şəkildə pozması ilə yanaşı qeyd edək ki, cümə axşamından Küveytdə BMT baş katibinin Yəmən məsələləri üzrə nümayəndəsinin nəzarəti ilə müxtəlif yəmənli qruplar arasında sülh danışıqları başlanıb.