Bəşşar Əsədi devirmək üçün qüvvə ezam etmək yanlışdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i216121-bəşşar_Əsədi_devirmək_üçün_qüvvə_ezam_etmək_yanlışdır
ABŞ prezidenti etiraf edib: Vaşinqton və Londonun Bəşşar Əsəd hökumətini devirmək üçün Suriyaya quru qüvvə ezam etməsi yanlışdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 24, 2016 07:18 Asia/Baku
  • Bəşşar Əsədi devirmək üçün qüvvə ezam etmək yanlışdır
    Bəşşar Əsədi devirmək üçün qüvvə ezam etmək yanlışdır

ABŞ prezidenti etiraf edib: Vaşinqton və Londonun Bəşşar Əsəd hökumətini devirmək üçün Suriyaya quru qüvvə ezam etməsi yanlışdır.

ABŞ prezidenti Barak Obama BBC-yə verdiyi müsahibədə prezidentliyinin qalan dövründə İŞİD terrorçularının məğlub olmasının mümkünlüyü barədə deyib: Qalan 9 ay ərzində bu qruplaşmanın məğlub olmasını güman etmir.

Obama əlavə edib: Suriyanın çox mürəkkəb və acınacaqlı vəziyyəti vardır. Düşünmürəm ki, onun üçün sadə həll yolları olsun. Suriyada uzunmüddətli problemlərin həlli üçün hərbi həll yolu təklikdə və bizim hərbi qüvvələrimizin yerləşdirilməsi ilə mütləq bu məqsədi reallaşdırmır.

Obama Suriyadakı vəziyyətlə əlaqədar parlamentləri heç bir addım atmayan və Amerikanın bir addım atmasını istəyən ölkələri tənqid edib.

O həmin ölkələrə xitabən deyib: Siz hər iki yolu birlikdə istəyə bilməzsiniz.