Türkiyə və Ərəbistan; Suriyadakı böhranı yaradan tərəflər
-
Türkiyə və Ərəbistan; Suriyadakı böhranı yaradan tərəflər
Amerikalı siyasi politoloq Türkiyə və Səudiyyə Ərəbistanını Suriyadakı böhranın yaradılmasının səbəbkarları adlandırıb.
Siyasi ekspert Mayk Heris Press TV-yə verdiyi müsahibədə Suriya böhranı barədə deyib: Türkiyə və Ərəbistan İŞİD terror qruplaşmasını maliyyə və hərbi cəhətdən dəstəkləyərək, onlara üzvlər və maddələrin Suriya ərazisinə daxil olmasına icazə verərək böhranı şiddətləndirirlər.
Heris əlavə edib: Ər-Riyad və Ankaranın terrorçuların cinayətləirni dəstəkləməsi Suriya vətəndaşlarının öz ev-eşiklərini tərk edib didərgin düşməsinə səbəb oldu.
Miqrant böhranının qarşısını almaq üzrə Avropa Birliyi və Türkiyənin anlaşmasını tənqid edən amerikalı ekspertin sözlərinə görə, miqrantlar qarşısında Avropa Birliyinə üzv ölkələrin davranışı çox utandırıcıdır və onlar bu davranışına yenidən baxmalıdırlar.
Avropa Birliyinə üzv 28 ölkə miqrant axınına məhddiyyət tətbiq etmək məqsədilə 2016-cı il 17 apreldə Türkiyə ilə anlaşma imzalayıb.
Bu anlaşmaya əsasən 20 martdan sonra qeyri-qanuni şəkildə Yunanıstana daxil olan hər bir miqrant Türkiyəyə qaytarılacaq və Türkiyəyə qaytarılan hər bir miqrant qarşısında Türkiyədə olan bir suriyalı miqrant Avropa Birliyinə üzv ölkələrdə qəbul olunacaq.