Yəmən sülh müzakirələri dayanıb
-
Yəmən sülh müzakirələri dayanıb
Yəmənli qrupların BMT baş katibi nümayəndəsinin nəzarəti altında Küveytdə gedən sülh müzakirələri 24 saat müddətinə dayandırılıb.
Skay Nyus-un məlumatına görə, belə görünür ki, onun səbəbi, atəşkəsin elan olunmasına rəğmən, Ərəbistanın Yəmənə qarşı hücumlarının davam etməsidir.
Bundan öncə Yəmənnin Ənsarullah hərəkatının sözçüsü bildirmişdi ki, Yəməndə səud təcavüzkarlarının hava hücumlarının davam etməsilə bir vaxtda müharibənin dayandırılması tələbi Küveytdə keçirilən hazırkı sülh müzakirələrini hədələyir.
Muhəmməd Əbdussəlamın sözlərinə görə, razılaşmadan danışmaq yalandan başqa bir şey deyil və hazırkı hücumlar sayəsində müzakirələrin taleyi onun sabiq dövrlərindən fərqli olmayacaqdır.
Yəməndə atəşkəs BMT-nin nəzarətilə aprelin onundan icraya qoyulub, amma Ərəbistan Yəmənin müxtəlif məntəqələrinə hücum edərək, onu pozubdur.
Əlməsirə telekanalı da bir xəbərdə bildiribdir ki, Ali-Səud rejiminin muzdurları Yəmən atəşkəsini pozmaqda davam edirlər və ağır və yarımağır silahlarla Təiz vilayətindəki Dəmnə Xədir və Əlvaziyyə şəhərlərindəki məntəqələri hədəfə alırlar.
Yəmən sülh müzakirələri cümə axşamı günündən müxtəlif yəmənli qruplar arasında Küveytdə başlanıb. Müzakirələr BMT baş katibinin nəzarəti altında gedir.
Yəmənnin Ənsarullah hərəkatının sözçüsü Muhəmməd Əbdussəlam müzakirələrin ikinci günündə hərbi əməliyyatların dayandırılmasını Yəmən xalqı və onun bütün nümayəndələrinin prioriteti adlandırıb.