Davudoğlu Türkiyənin terrorizmə qarşı qətiyyətli mübarizəsini vurğulayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i216505-davudoğlu_türkiyənin_terrorizmə_qarşı_qətiyyətli_mübarizəsini_vurğulayıb
Türkiyənin baş naziri bu ölkənin dövləti və ordusunun terror hədələri ilə qətiyyətli mübarizəsinin davam etdirilməsini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 28, 2016 05:31 Asia/Baku
  • Davudoğlu Türkiyənin terrorizmə qarşı qətiyyətli mübarizəsini vurğulayıb
    Davudoğlu Türkiyənin terrorizmə qarşı qətiyyətli mübarizəsini vurğulayıb

Türkiyənin baş naziri bu ölkənin dövləti və ordusunun terror hədələri ilə qətiyyətli mübarizəsinin davam etdirilməsini vurğulayıb.

Anadolu xəbər agentliyinin məlumatına görə, Əhməd Davudoğlu çərşənbə günü Türkiyənin şimal-qərbində yerləşən Bursa şəhərindəki partlayışa toxunaraq, bildirib ki, Türkiyə möhkəm iradə ilə özünün terror fəaliyyətləri və terrorçularla təsirli və prinsipial mübarizəsinin davam etdirəcək.

Davudoğlu bu hücumu Türkiyənin xalqına və bu ölkənin asayişi və dincliyinə qarşı bir hərəkət adlandıraraq, deyib ki, bu ölkənin təhlükəsizlik qüvvələri partlayış amilinin kimliyinin aşkarlanması üzrə səylərini artıracaqlar.

Türkiyənin baş naziri habelə ABŞ-ın dünya ölkələrində, xüsusən Türkiyədə terror hücumları təhlükəsi ilə bağlı xəbərdarlığına reaksiyada deyib ki, bu kimi xəbərdarlıqlar psixoloji baxımdan cəmiyyətdə yersiz nigarançılığın yaranmasına zəmin yaradır.

Çərşənbə günü Türkiyənin Bursa şəhərindəki bir turizm məntəqəsində partlayışın baş verməsi nəticəsində on bir nəfər ölüb və yaralanıbdır.

Əhməd Davudoğlu elə bir halda Türkiyənin terror qrupları ilə qətiyyətli mübarizəsini vurğulayır ki, bu ölkənin Suriya və İraqdakı terrorçuları maliyyə və silah cəhətdən dəstəkləməsi regionda əmin-amansızlıqların artmasının əsas amillərindən sayılır.