Apr 28, 2016 19:26 Asia/Baku
  • 
Yəmənin qərbində anti-səud aksiyası
    Yəmənin qərbində anti-səud aksiyası

Yəmənin İmran vilayətinin əhalisi Ali-Səudun cinayətkar hərəkətlərinə etiraz olaraq, aksiya keçirib.

Əlməsirə telekanalının məlumatına görə, Yəmənin qərbində yerləşən İmran vilayətinin əhalisi aksiya keçirərək, Ali-Səudun bu ölkəyə qarşı hücumları və mühasirəsinin dayandırılmasını istəyiblər.

Yəmənli aksiyaçılar müqavimətin davam etdirilməsini vurğulayaraq, Ərəbistanın Yəməndəki cinayətləri qarşsında susduğuna görə, BMT-ni tənqid ediblər.

Aprelin onunda Yəməndə atəşkəsin elan olunmasından bəri Ərəbistan təcavüzkarları onlarla dəfə Yəmənin müxtəlif məntəqələrini öz hücum dalğalarına məruz qoyublar.

Ərəbistanın Yəmənə qarşı təqribən on dörd aylıq hücumlarında minlərlə nəfər ölüb və yaralanıbdır.

Teqlər