May 01, 2016 18:28 Asia/Baku
  • Məkkədə fəhlələr etiraz aksiyası keçiriblər
    Məkkədə fəhlələr etiraz aksiyası keçiriblər

Səudiyyə Ərəbistanının Məkkə şəhərində fəhlələrin maaşlarının vaxtlı-vaxtında ödənilməməsi onların etirazlarına səbəb olub.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Səudiyyə Ərəbistanında bəzi şirkətlərin fəhlələri əmək haqlarını vaxtlı-vaxtında ödəyə bilmədiklərinə görə, dünən gecə Məkkə şəhərində bir qrup fəhlə etiraz əlaməti olaraq bir neçə avtobusu yandırıb.

Səudiyyə mediyaları bildiriblər ki, bu hadisədə kimsə xəsarət almayıb.

deyilənlərə görə, fəhlələr Ali-Səud rejiminin iqtisadi siyasətlərinə etiraz əlaməti olaraq bir neçə avtomobilin şüşələrini də sındırıblar.

Neftin qiymətinin ucuzlaşması, regiondakı terrorçu qruplara maliyyə dəstək, eləcə də Yəmənə qarşı müharibə, Səudiyyə Ərəbistanını maliyyə böhranı ilə üz-üzə qoyub.

Bəzi qərb mediyaları son günlər ifşa etmişdilər ki, Ərəbistan son 25 ildə ilk dəfə olaraq 10 milyard dollar məbləğində dünya banklarından borc alıb.

Teqlər