Türkiyənin cənub-şərqində daha bir partlayış
-
Türkiyənin cənub-şərqində daha bir partlayış
Türkiyə polisi bir daha ölkənin cənub-şərqidə terror aktına məruz qalıb.
Trend-in verdiyi məlumata görə, Türkiyənin təhlükəsizlik qüvvələri bildiriblər ki, bazar günü Diyarbəkirdə Diclə şəhər polis idarəsinin binası önündə törədilən partlayışda 1 polis əmkdaşı həlak olub.
Bu hadisədə daha 10 polis əməkdaşı da yaralanıb.
Türkiyə rəsmiləri bu partlayışa görə PKK-nın məsuliyyət daşıdığını bildiriblər.
Ötən həftənin çərşənbə günü də bir terrorçu kamikadzenin Bursa şəhər məscidinin yaxınlığında törətdiyi partlayışda 13 nəfər yaralanmışdı. Bu hadisədə ölən olmamışdır.
PKK silahlı qruplaşmasının ifratçı qolu olan Azad Kürdüstan Şahinləri qruplaşması bir bəyanat yayaraq, Busada törədilən terror aktının məsuliyyətini üzərinə götürüb.
Bu ifratçı qruplaşmanın başçıları PKK-nın silahlı hücumlarının kafi olmadığı qənaətindədirlər. Buna görə də, türklər əleyhinə daha terror aktlarını genişləndiriblər.