Bağdadın "Yaşıl Bölgə"sində etiraz aksiyası başa çatdı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i216928-bağdadın_yaşıl_bölgə_sində_etiraz_aksiyası_başa_çatdı
Bağdadda etiraz aksiyalarını təşkil edən komitə bir bəyanat yayaraq, aksiya iştirakçılarının "Yaşıl Bölgə"dən çıxdıqlarını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 02, 2016 06:55 Asia/Baku
  • Bağdadın
    Bağdadın "Yaşıl Bölgə"sində etiraz aksiyası başa çatdı

Bağdadda etiraz aksiyalarını təşkil edən komitə bir bəyanat yayaraq, aksiya iştirakçılarının "Yaşıl Bölgə"dən çıxdıqlarını bildirib.

Bağdad etiraz aksiyasını təşkil edən komitənin bəyanatında deyilir: "Yaşıl Bölgə"də aksiya keçirənlər İmam Musa Kazım(ə)-ın şəhadətinin ildönümü günü hörmətinə müvəqqəti olaraq bu məntəqəni tərk ediblər.

Həmçinin, Bağdad aksiyasında iştirak edənlər bildiriblər ki, İmam Hüseyn(ə)-ın şəhadətinin ildönümü mərasimlərindən sonra siyasi islahatların aparılması tələbi ilə yenidən Bağdadın "Yaşıl Bölgə"sinə qayıdacaqlar.

Aksiya iştirakçılarının Bağdadın mərkəzi sayılan "Yaşıl Bölgə"yə daxil olması və Parlament binasına girmələrinin ardınca, Bağdad əməliyyat komandanlığı şəhərdə fövqəladə vəziyyət elan etdi.

İraq böhranı bu ölkə parlamentində siyasi qruplar arasında ixtilaflardan qaynaqlanır. Heydər İbadi yeni naizrlər kabinetinin üzvlərini açıqladıqdan sonra bu böhran daha da dərinləşib.

Müqtəda Sədrin tərəfdarları müəyyən bir siyasi qrupun maraqlarına xidmət edən nazirlər kabinetini qəbul etməyəcəklər və yalnız teknokrat bir nazirlər kabinetini qəbul edəcəklər.