İstanbulda 6 avtomobil yandırılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i216931-İstanbulda_6_avtomobil_yandırılıb
Bir neçə naməlum şəxs İstanbulun Kağıthane məntəqəsində 6 avtomobili yandırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 02, 2016 07:07 Asia/Baku
  • İstanbulda 6 avtomobil yandırılıb
    İstanbulda 6 avtomobil yandırılıb

Bir neçə naməlum şəxs İstanbulun Kağıthane məntəqəsində 6 avtomobili yandırıblar.

Doğan xəbər agentliyinin verdiyi məlumata görə, naməlum şəxslər bazar ertəsi günü şəxsi avtomobillərin üzərinə benzin tökərək, onları yandırıblar.

Bu təxribatçı hərəkətin PKK qruplaşması tərəfindən törədildiyi bildirilir.

Ötən bir ay ərzində İstanbulda 60-dan çox avtomobil yandırılıb.

Türkiyənin şərq və cənub-şərq bölgələri ötən ilin iyul ayından bəri PKK yaraqlıları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmaların şahididir.