May 04, 2016 19:44 Asia/Baku
  • İŞİD Türkiyənin 4 sərhəd yanı şəhərini terrorçu hücumla hədələyib
    İŞİD Türkiyənin 4 sərhəd yanı şəhərini terrorçu hücumla hədələyib

Türkiyə mediyaları İŞİD terro qrupunun Türkiyənin Suriya ilə həmsərhəd ərazilərdə yerləşən 4 şəhərini terrorçu hücumla hədələdiyindən xəbər veriblər.

Kara İnformasiya portalının məlumatına görə Suriyadakı terroçu İŞİD qruplaşması Türkiyənin Qaziantep, Nizip, Karkemiş və Kilis şəhərlərinin yaxın günlərdə terror əməliyyatlarının hədəfi olacağı ilə hədələyib.

bu məlumata görə Qaziantep və Kilis şəhərləri son günlərdə dəfələrlə silahlı hücumların, bomba partlayışlarının və Suriyadakı İŞİD-in nəzarətində olan ərazilərdən raket hücumunun şahidi olub.

İŞİD-in Kilisə raket hücumları bu şəhər sakinlərinin geniş etirazlarına səbəb olub.

Öncə Türkiyə müxalifəti, iqtidarı İŞİD-ə silah və locestik dəstək verməkdə ittiham etmişdi.

Türkiyə rəsmiləri son aylar ərzində yüzlərlə İŞİD terrorçusunu öldürdüyü və bir neçəsini də həbs etdiyini bildirirlər.

Teqlər