Hələbdə atəşkəs barədə razılıq əldə olundu
-
Hələbdə atəşkəs barədə razılıq əldə olundu
Suriya dövlətinin razılığı ilə Hələbdə 48 saatlıq atəşkəs elan olunub.
Suriya dövlət xəbər agentliyinin verdiyi məlumata görə, Suriya ordusu və silahlı qüvvələrinin baş qərargahı çərşənbə günü axşam bir bəyanat yayaraq, bildirib: 10 gündür ki, toqquşmaların şahidi olan Hələb şəhərində cümə axşamından etibarən 48 saat müddətinə atəşkəs elan edilib.
Suriya silahlı qüvvələrinin baş qərargahı həmçinin bildirib ki, bu ölkə ordusu atəşkəsin elan edildiyi ilk saatlardan ona əməl edib.
ABŞ Dövlət Departamenti də bu barədə bildirib: Vaşinqton və Moskva Suriyada atəşkəsin bərqərar edilməsi barədə razılığa gəliblər.
Suriyada terrorçuların ordu qüvvələri qarşısında məğlubiyyətə uğramasının ardınca Ənnüsrə Cəbhəsi və İŞİD terrorçuları Hələb şəhərinin yaşayış məntəqələrini yüzlərlə raket və minaatanla hədəfə alıblar.
Hələb şəhərinin yaşayış məntəqələri, məscidləri, kilsələri və xəstəxanalar ötən 10 gündə terrorçuların hədəfinə çevrilib.