Suriyada qanlı terror
-
Suriyada qanlı terror
Suriyanın mərkəzində baş vermiş 2 partlayışda 10 nəfərin öldüyü bildirilir.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Suriyanın mərkəzində yerləşən Homs şəhərinin şərqində, Yuxarı Məxrəm məntəqəsində bomba quraşdırılmış bir avtomobil və bir motosikletdən istifadə edilərək, 2 partlayış törədilib. Nəticədə 10 sivil həyatını itirib.
Suriyadan daxil olan bir başqa məlumata görə, bu ölkə ordusu Dəra əyalətində Ənnüsrə Cəbhəsi terrorçularının mövqelərinə hücum edərək, "Tövhid" batalyonu adlı terror dəstəsinin başçısını öldürüb.
Digər tərəfdən, Hələbdə atəşkəsin elan edilməsindən cəmi bir neçə saat sonra, terrorçular şəhərin Meydan, Yeni Hələb və Əziziyə məntəqələrini minaatanlarla hədəfə alıblar. Bu hücum nəticəsində bir qrup sivil ölüb və yaralanıb.
Suriya ordusu və silahlı qüvvələrinin baş qərargah rəisi bildirib ki, Hələb şəhərində ordu qüvvələri və terrorçular arasında 10 gün davam edən toqquşmaların ardınca, cümə axşamı və cümə günləri Hələbdə 48 saatlıq atəşkəs elan edilib.