May 09, 2016 17:55 Asia/Baku
  • İran İslam Respublikası Xarici İşlər Nazirliyi
    İran İslam Respublikası Xarici İşlər Nazirliyi

İran İslam Respublikası Xarici İşlər Nazirliyi Küveyt səfirliyinin müvəqqəti işlər vəkilini nazirliyə dəvət edib.

İran Xarici İşlər Nazirliyinin informasiya portalının məlumatına görə, anti-inqilab ünsürlərdən bir neçəsinin əcnəbilərlə Küveytdə iclas keçirməsi ardınca, bu ölkənin müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb və Tehranın sərt etirazı ona elan olunub.

İran Xarici İşlər Nazirliyinin rəsmisi Küveytdə belə iclasların keçirilməsini beynəlxalq tanınmış prinsip və qaydaların pozulmasının bariz nümunəsi və yaxşı qonşuluq prinsipinə zidd olduğunu bildirib.

XİN rəsmisi Küveyt səfirliyinin müvəqqəti işlər vəkilindən İranın etirazını tabesi olduğu dövlətə çatdırmasını istəyib.

Teqlər