Suriyanın müxtəlif bölgələrində onlarla terrorçu öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i218569-suriyanın_müxtəlif_bölgələrində_onlarla_terrorçu_öldürülüb
Suriya ordusu ölkənin şərq və cənubunda terrorçularla qarşıdurmalarda onlarla terrorçunu məhv ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 19, 2016 05:46 Asia/Baku
  • Suriyanın müxtəlif bölgələrində onlarla terrorçu öldürülüb
    Suriyanın müxtəlif bölgələrində onlarla terrorçu öldürülüb

Suriya ordusu ölkənin şərq və cənubunda terrorçularla qarşıdurmalarda onlarla terrorçunu məhv ediblər.

SANA-nın məlumatına görə, ötən gün Deyruz-Zurun cənub-qərbində Panorama bölgəsində Suriya ordusu qüvvələri ilə qarşıdurmada 20 İŞİD terrorçusu öldürülüb.

Panoramaya nüfuz edən terrorçuların çoxu öz ölülərini qoyaraq qaçıblar.

Suriya ordusu həmçinin Deyruz-Zur vilayətinin əl-Məyadin şəhərinin Cəbəl-Sərdə və şose yolunda İŞİD terrorçularına ağır zərbələr endirib. Nəticədə bir neçə terror başçısı öldürülüb.

Suriya ordusunun xüsusi bölmələri Dəra və Süveydanın şimal-şərqində əl-Nüsrə Cəbhəsi və İŞİD terror qruplaşmalarına qarşı əməliyyatlar keçiriblər. Bu qarşıdurmalarda əl-Nüsrə Cəbhəsi terror qruplaşmasının 15 üzvü öldürülüb.

Suriya böhranı 2011-ci ildə qanuni Bəşşar Əsəd hökumətinin devrilməsi məqsədilə ABŞ və müttəfiqlərinin dəstəklədiyi terror qruplaşmalarının irimqiyaslı hücumları ilə başlanmışdır.