Ər-Riyad heyətinin sülh müzakirələrindən çəkilməsinə reaksiya
-
Həmzə əl-Husi
Yəmən Ənsarullah Xalq Hərəkatının Küveyt müzakirələrindəki heyətinin üzvü Ər-Riyad heyətinin müzakirələrdən kənara çəkilməsini məntiqsiz hərəkət adlandırıb.
Əl-Məyadin telekanalının məlumatına görə, Küveytdə Sülh Müzakirələrində Yəmənin Ənsarullah Hərəkatının üzvü Həmzə əl-Husi bildirib: Ər-Riyad heyəti BMT Təhlükəsizlik Şurasının sülh anlaşması və qətnaməsinə sadiq qalmalı və bu heyətin Küveytdə Yəmən Sülh Müzakirələrindən geri çəkilməsi heç bir vəchlə əsaslandırıla bilməz.
Həmzə əl-Husi həmçinin Yəmənin istefa vermiş nazirlər kabinetinin tələbləri barəsində deyib: Bu heyət təxribatçılıq edir və məntiqsiz tələblər irəli sürür və onun müzakirələrdən kənara çəkilməsi heç bir vəchlə əsaslana bilməz.
Yəmən Sülh Müzakirələrində Ənsarullahın heyətinin üzvü əlavə edib: Müzakirə heyətlərinin rəhbərləri Yəmən Sülh Müzakirələrinə qayıtmaq üçün BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi İsmayıl Vələd Şeyxlə ayrı-ayrılıqda iclaslar keçiriblər.
Yəmən Ənsarullah Hərəkatının Siyasi Şurasının üzvü Məhəmməd əl-Bəxiti də Küveyt Sülh Müzakirələrində Ərəbistanın dəstəklədiyi yəmənli heyətin müzakirələrdən geri çəkilməsinə reaksiyada deyib: Danışıqlara geri qayıtmaq üçün Ər-Riyad heyətinin təyin etdiyi qeyri-mümkün şərtlər, o cümlədən onların iqtidara gəlməsinin rəsmən tanınması, Ənsarullahın silahları təhvil verilməsi kimi şərtləri Ər-Riyad heyətinin həll yolunu əldə etmək ardınca olmadığını göstərir.
Yəmənin istefa vermiş nazirlər kabineti çərşənbə axşamı günü Ənsarullah heyətinin sülh müzakirələrində təxribatçılıq etdiyini iddia edərək müzakirələrdə iştirakdan imtina edib.