May 19, 2016 16:55 Asia/Baku
  • Səlahəddin Dəmirtaş
    Səlahəddin Dəmirtaş

Türkiyə Xalqların Demokratik Partiyası HDP-nin sədri onlara qarşı dosyelərin parlamentə göndərilən deputatların toxunulmazlığının ləğvinin mənfi nəticələri barədə xəbərdarlıq edib.

İRİB-in məlumatına görə, Səlahəddin Dəmirtaş cümə axşamı günü bir televiziya verilişində xəbərdarlıq edib ki, əgər hakim partiya müxalifətə Türkiyə parlamenti yolunu bağlayarsa, öz əli ilə irimiqyaslı reaksiyalara şərait yaradacaq.

HDP sədri deyib: Parlament deputatlarının toxunulmazlığının ləğvi layihəsinin səs qazanması demokratik siyasətə inancı məhv edəcəkdir.

AKP deputatlarının da toxunulmazlığın ləğvi layihəsinin əleyhinə səs verə biləcəklərini deyən Dəmirtaş xəbərdarlıq edib ki, Türkiyə parlamentinin 3-cü böyük partiyası dayandırılma təhlükəsi ilə üzləşib. Əgər müxalif partiyaların deputatları da bu layihənin lehinə səs verərlərsə, onlar da müqəssirdirlər.

Türkiyə Parlamenti Konstitusiya Komissiyası parlamentin 550 deputatından 129-nun toxunulmazlığının ləğvinə səbəb olacaq və onların mühakiməsinə şərait yaradacaq layihəni təsdiqləyib.

Bu məlumata əsasən, Türkiyə parlamentinin nəzərdə tutduğu 129 deputat 562 cinayət və saxtakarlıqda ittiham olunur.

Teqlər