May 23, 2016 09:46 Asia/Baku
  • Binali Yıldırım və Ərdoğan
    Binali Yıldırım və Ərdoğan

Mayın 22-də hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ankarada keçirilən qurultayında partiya sədri postuna yeganə namizəd Binali Yıldırım çıxış edib. O ilk çıxışında bildirib ki, məqsəd yeni Konstitusiya ilə Türkiyəyə prezident üsuli-idarəsini gətirməkdir.

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yeni sədri və Türkiyənin baş naziri Binali Yıldırım Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı “Böyük Türkiyənin əyilməz müdafiəçisi” kimi xarakterizə edib və onun yolu ilə getməyə davam edəcəklərini vurğulayıb.

B. Yıldırım terrorla mübarizənin qətiyyətlə davam etdiriləcəyini, Türkiyənin bölünməsinə yol verilməyəcəyini vurğulayıb: “Biz bu bəlanı Türkiyənin gündəmindən çıxaracağıq”.

AKP sədrliyinə namizəd paralel strukturlara (Gülən tərəfdarları)qarşı mübarizəni də davam etdirəcəyini söyləyib. 14 illik AKP iqtidarı dönəmində rəhbərlik etdiyi Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin fəaliyyətindən danışan B. Yıldırım Türkiyəyə yeni konstitusiyanı və prezident üsuli-idarəsini gətirəcəklərini bildirib: “Bu gün məqsədimiz, görməyimiz lazım olan iş bu qarmaqarışıqlığı aradan qaldırmaq və yeni Konstitusiya ilə Türkiyəyə prezident üsuli-idarəsini gətirməkdir.

Əhməd Davudoğlu 22 mayda keçirilən II fövqəladə qurultayda namizədliyini irəli sürməyib Nəqliyyat, dənizçilik və kommunikasiya naziri B. Yıldırımı qurultayın 1282 nümayəndəsi yekdilliklə AKP sədrliyinə namizəd göstərib.

Müxalif media Yıldırımı ara-sıra rüşvət və korrupsiyada ittiham edib. Bəzi qəzetlərin yazdığına görə, onun 17 şirkəti, 28 gəmisi və 2 böyük gəmisi var.

Teqlər