Suriyanın qərbində terror aktı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i219004-suriyanın_qərbində_terror_aktı
Suriyanın Laziqiyyə vilayətində yerləşən Cəbəllədə və Tartus liman şəhərində baş verən bir neçə terror aktı nəticəsində 121 suriyalı həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 23, 2016 13:49 Asia/Baku
  • Suriyanın qərbində terror aktı
    Suriyanın qərbində terror aktı

Suriyanın Laziqiyyə vilayətində yerləşən Cəbəllədə və Tartus liman şəhərində baş verən bir neçə terror aktı nəticəsində 121 suriyalı həlak olub.

Suriya İnsan Haqları Gözətçisi qrupu bildirib ki, Tartusda avtobus dayanacağı yaxınlığında 3 partlayış baş verib.

Əl-Kəracatda bomba quraşdırılmış avtomobil partladılıb. Bir kamikadze isə üzərindəki partlayıcını işə salıb. Bu isə bir qrup sivilin həlak olması ilə nəticələnib.

Suriyanın informasiya naziri İmran əl-Zəəbi əl-Məyadinə müsahibəsində deyib: Suriya ordusu qarşısında döyüş meydanında məğlub olan silahlı quplar bu gün sivilləri hədəfə alırlar. Cibillə və Tartus partlayışlarının amilləri döyüş meydanında Suriya ordusu ilə qarşılaşa bilməyəcək qorxaqlardır.