Türkiyənin Van vilayətindəki partlayışda həlak olanların sayı artıb
-
Türkiyənin Van vilayətindəki partlayışda həlak olanların sayı artıb
Türkiyənin Van vilayətinin valisi bir bəyanat verərək bu vilayətdə yol kənarında bombanın partlamsı nəticəsində həlak olanların sayının 6 nəfər olduğunu bildirib.
TRT telekanalının internet portalının məlumatına görə, Van valisi ötən gün bir bəyanat verərək bildirib: Çaldıran-Doğu Bəyazit şose yolunda hərbi qüvvələri aparan avtomobilin yolu üzərində bomba partladılıb. Nəticədə 6 Türkiyə hərbçisi həlak olub, 2 hərbçi də yaralanıb.
Van valisi partlayışı PKK ünsürlərinin törətdiyini bildirib.
Məlumatlara görə, Türkiyə hərbçilərinin partlayışdan sonra bölgədə PKK-ya qarşı əməliyyatı hələ də davam edir.
Başqa bir məlumata görə, Mardin vilayətinin Nəsibin şəhərində PKK-nın 25 ünsürü Türkiyə dövlət qüvvələrinə təslim olub.
PKK üzvləri Nəsibində Əbdülqadi Paşa məhəlləsində Türkiyə dövlət qüvvələrinin mühasirəsinə düşüblər.
Məlumatlara görə, Türkiyə dövlət qüvvələrinin Nəsibində əməliyyatı davam edir.
Türkiyə və PKK arasında atəşkəs ləğv olunduqdan sonra, bu ölkənin cənub-şərq bölgələri terror aktları və de-stabilliyin şahididir.
Türkiyə ordusu 2015-ci il dekabr ayından cənub-şərqdə kürdsakinli bölgələrdə irimiqyaslı əməliyyata başlayıb. Məqsədi PKK ünsürləri ilə mübarizə elan olunub.