Suriyalı müxaliflərin müzakirə heyətinin sədri istefa verdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i219670-suriyalı_müxaliflərin_müzakirə_heyətinin_sədri_istefa_verdi
"Ər-Riyad Qrupu" kimi tanınan suriyalı müxaliflərin müzakirə heyətinin sədri Cenevrə sülh müzakirələrinin nəticəsiz olmasına etirazını istefa edərək, bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 30, 2016 05:20 Asia/Baku
  • Məhəmməd Əlluş
    Məhəmməd Əlluş

"Ər-Riyad Qrupu" kimi tanınan suriyalı müxaliflərin müzakirə heyətinin sədri Cenevrə sülh müzakirələrinin nəticəsiz olmasına etirazını istefa edərək, bildirib.

İRNA-nın məlumatına görə, Məhəmməd Əlluş Cenevrə sülh müzakirələrinin məğlubiyyət ilə nəticələnməsi və Suriya ordusunun müxaliflərə qarşı hücumlarının davam etməsini bəhanə edərək, istefa verib.

Əlluş bu barədə deyib: Cenevrə sülh müzakirələri Suriyada Bəşşar Əsəd olmadan qüdrətin siyasi yolla ötürülməsi istiqamətində heç bir nəticə vermədi.

Suriyalı müxaliflər və onları himayə edən tərəflərin Bəşşar Əsədi devirməkdə aciz qalması Əlluşun açıqlamasının başlıca mesajı sayılır.

Rusiya bir ay öncə BMT-nin anti-terror komitəsinə bir məktub ünvanlayaraq, Ceyşül İslam və Əhrarüşşam qruplaşmalarının adlarının terrorçu qruplaşmalar siyahısına daxil edilməsini istəmişdi.

Ceyşül İslam silahlı birləşməsi Suriya müxalifətinin ali heyətinin yüksək səviyyəli başçıları tərəfindən himayə olunur və bu silahlı birləşmənin komandanlarından olan Məhəmməd Əlvəş müxaliflərin ali heyətinin baş müzakirəçisi olaraq seçilib.

Cenevrədə cərəyan edən Suriya sülh müzakirələri müxaliflər tərəfindən şərtlərin irəli sürülməsinə habelə, Ərəbistan tərəfindən maneələrin yaradılmasına görə heç bir nəticə əldə edə bilmədi.