Diyarbəkirdə qanlı terror
May 30, 2016 10:38 Asia/Baku
-
Diyarbəkirdə qanlı terror
Türkiyə mediaları Diyarbəkirdə bomba quraşdırılmış bir avtomobildən istifadə edərək, partlayışın törədilməsindən xəbər veriblər.
Vətən qəzetinin yazdığına görə, jandarmeriya qüvvələrinin qərargahı yaxınlığında törədilən bu terror aktında 5 təhlükəsizlik qüvvəsi yaralanıb.
Bu hadisənin ardınca Türkiyənin təhlükəsizlik qüvvələri terrorçuların kimliyini müəyyən etmək və ələ keçirmək üçün geniş əməliyyata başlayıblar.
Türkiyənin şərq və cənub məntəqələri 2015-ci ilin iyul ayından bəri təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında qanlı toqquşmaların şahididir.
Teqlər