Suriyada İŞİD-in neft zavodu bombalandı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i219940-suriyada_İŞİd_in_neft_zavodu_bombalandı
Rusiya təyyarələrinin Suriyada İŞİD-in neftayırma zavoduna hücumunda bu obyekt tamamilə məhv edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 02, 2016 06:06 Asia/Baku
  • Suriyada İŞİD-in neft zavodu bombalandı
    Suriyada İŞİD-in neft zavodu bombalandı

Rusiya təyyarələrinin Suriyada İŞİD-in neftayırma zavoduna hücumunda bu obyekt tamamilə məhv edilib.

İRNA-nın məlumatına görə, Rusiya Müdafiə Nazirliyi ötən gün bildirib: Rusiya Hərbi Hava Qüvvələrinin Su-34 qırıcı bombardmançı təyyarələri Suriyada terrorizmə qarşı əməliyyat çərçivəsində Həsəkə vilayətində İŞİD terror qruplaşmasının nəzarət etdiyi bölgədə neftayırma zavodunu bombalayıblar.

Rusiya Müdafiə Nazirliyi xatırladıb: Rusiya Hərbi Hava Qüvvələri Suriya ərazisində İŞİD terror qruplaşmasının iqtisadi imkanlarını məhv etmək üçün öz əməliyyatını davam etdirir.

Rusiya Müdafiə Nazirliyinin məlumatında bu zavodun tam şəkildə dağılması, zavodda güclü partlayış və yanğının baş verməsinə toxunulub.