Ərəbistanlılar Həcc mərasimində şiələri öldürməyi halal elan ediblərmiş
-
Səid Övhədi
İranın Həcc və Ziyarət Təşkilatının sədri Səid Övhədi bu gün keçirdiyi mətbuat konfransında Həcc mərasiminin keçirilməsində Ərəbistanın yanlış və etikadan kənar rəftarına münasibət bildirib.
Səid Övhədi bildirib ki, ərəbistanlılar şiələrin ölümünə göstəriş veriblərmiş: Siz icazə veribsiniz, bir yox, bəlkə bir neçə imam camaat və natiqləriniz bildiriblər ki, şiənin qanını tökmək halaldır, şiənin əmlakına təcavüz halaldır, hər kim təcavüz edərsə, behiştə gedəcək. Bu necə təfəkkürdür ki, siz səudiyyəlilərdə vardır?
"Xalq, dövlət, rəsmilər və zəvvarlar İranın Həcc və Ziyarət Təşkilatından istədilər ki, zəvvarların izzəti və kəramətinə zəmanət verilməyəcək heç bir müqaviləni imzalamasın. İmzalanmamalıdır və biz də imzalamadıq" -deyə Səid Övhədi əlavə edib.