Fəllucənin şimalında 400 cəsədli qəbir aşkarlanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i220288-fəllucənin_şimalında_400_cəsədli_qəbir_aşkarlanıb
İraq təhlükəsizlik qüvvələri Fəllucənin şimalında 400 cəsədi olan kütləvi məzarlıq aşkarlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 06, 2016 05:13 Asia/Baku
  • Fəllucənin şimalında 400 cəsədli qəbir aşkarlanıb
    Fəllucənin şimalında 400 cəsədli qəbir aşkarlanıb

İraq təhlükəsizlik qüvvələri Fəllucənin şimalında 400 cəsədi olan kütləvi məzarlıq aşkarlayıb.

Süməriyyə telekanalının məlumatına görə, İraq təhlükəsizlik və könüllü xalq qüvvələri bazar günü Fəllucənin şimalında yerləşən Həyyüş-Şühəda bölgəsində bir kütləvi məzarlıqda İraq ordusunun 400 hərbçisinin cəsədini aşkarlayıb.

İraq xəbər dairələri həmçinin bir çox mənzildə də kütləvi məzarlığın olduğunu bildiriblər: Bəzi cəsədlərdə güllələr müşahidə olunub və bəziləri isə bomba qoyulmuş avtomobillər vasitəsi ilə öldürülüblər.

Qeyd edək ki, İraq baş naziri Heydər əl-İbadinin Fəllucənin azad olunması üçün göstərişi ardınca, bu ölkə ordusu könüllü xalq qüvvələrinin dəstəyi ilə Fəllucənin azadlığı üzrə xüsusi əməliyyata başlayıb.

Bu arada İraqın müdafiə naziri Xalid əl-Übeydi şənbə günü Səqlaviyyə bölgəsinin azad olunduğunu və İŞİD terror qruplaşmasına ağır zərbənin endirildiyini bildirib.