İraqın Fəllucə şəhərində terrorçular öldürüldü
-
İraqın Fəllucə şəhərində terrorçular öldürüldü
İraq ordusunun əl-Anbar vilayətinin qərbində yerləşən Fəllucə şəhərində keçirdiyi əməliyyatın davamında bir qrup İŞİD terrorçusu öldürülüb.
Süməriyyə Nyuzun məlumatına görə, Fəllucənin Azadlığı Əməliyyat Komandanlığı bazar ertəsi günü bildirib: Fəllucənin cənubunda Cəbil və Şühəda bölgələrində şəhərin azad edilməsi əməliyyatı başlanıb və İŞİD terrorçuları ağır tələfat verib.
İraq ordusu qüvvələri bu əməliyyatda Su və Meliorasiya Stansiyasını, Elektrik İstehsalı Stansiyasını və Qaz Obyektlərini İŞİD terrorçularından təmizləyiblər.
İraq xalq könüllü qüvvələrinin sözçüsü Kərim əl-Nuri bildirib: Fəllucənin azad olunması əməliyyatında könüllü qüvvələrin iştirakı baş nazir Heydər əl-İbadinin müraciəti əsasında olmuş və bu şəhərin tam azadlığına qədər əməkdaşlıq davam edəcəkdir.
Digər tərəfdən İraq xalq könüllü qüvvələrinin komandanı Əbu Mehdi əl-Mühəndis Fəllucə Əməliyyat Komandalığı mərkəzində keçirdiyi mətbuat konfransında deyib: İŞİD terror qruplaşmasının 50% üzvü Səudiyyə Ərəbistanı vətəndaşıdır və İŞİD məlum ölkələr, o cümlədən Ərəbistanın maliyyə dəstəyinə malikdir.