Suriya parlamenti yeni sədri seçdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i220369-suriya_parlamenti_yeni_sədri_seçdi
Suriya parlamenti ilk iclasını təşkil edərək parlamentin yeni sədrini seçib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 06, 2016 15:25 Asia/Baku
  • Suriya parlamenti
    Suriya parlamenti

Suriya parlamenti ilk iclasını təşkil edərək parlamentin yeni sədrini seçib.

Suriya parlamentinin ilk iclası bu gün bazar ertəsi günü deputatların andiçməsi ilə başlanıb. Milli Vəhdət Koalisiyasının üzvü Hədiyyə Xələf Abbas parlamentin yeni sədri və Necdət Ənzur sədr müavini seçilib.

Suriya Milli Məclisinin deputatlarından heç kimin bu vəzifəyə seçilmək üçün namizəd olmadığına görə, xanım Abbas səsvermə olmadan parlamentin sədri seçilib və beləliklə Suriya parlamentinin sədri seçilən ilk qadın olub.

Suriya parlamenti seçkiləri 13 apreldə 250 deputatlıq mandatı üçün 3500 namizədin iştirakı ilə keçirilib.

Suriya vətəndaşlarının 57% parlament seçkilərində iştirak edib.